Litva Aİ-ni  Rusiyanın təbliğat maşınına qarşı mübarizəni gücləndirməyə çağırıb

Litva Aİ-ni Rusiyanın təbliğat maşınına qarşı mübarizəni gücləndirməyə çağırıb

18 Fevral 2019 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Litva Avropa İttifaqına (Aİ) Rusiyanın təbliğat maşınından gələn böyük təhlükə barədə xəbərdarlıq edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Neue Osnabrücker Zeitung qəzetinə müsahibəsində Litva Xarici işlər naziri Linas Linkyaviçyus Avropa İttifaqını Rusiyanın təbliğat maşınına qarşı mübarizəni gücləndirməyə çağırıb. O deyib ki, Avropada və dünyanın digər yerlərində Rusiya güclü təbliğat maşınını işə salıb və bu, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, onları aldadaraq öz xeyirlərinə rəy formalaşdırmağa xidmət edir: "Qərb ölkələri hələ də Rusiyanın təbliğat maşınından gələ biləcək təhlükəni qulaqardına vurur, ona əhəmiyyət vermirlər. Əslində Rusiya çox təhlükəli bir oyun oynayır. Ona görə də Aİ üzvü olan ölkələri Rusiyanın təbliğat maşınına qarşı mübarizəni daha da gücləndirməyə çağırıram".