Bəşər Əsəddən sərsəm iddia: "Osmanlının qulu olacaqsınız"

Bəşər Əsəddən sərsəm iddia: "Osmanlının qulu olacaqsınız"

18 Fevral 2019 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya prezidenti Bəşər Əsəd ölkədəki terrorçu kürdlərə müraciətində sərsəç iddia ilə çıxış edib.

Mediainfo.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın Suriyadan əsgərlərini çıxarmaq qərarından danışarkən Suriya Demokratik Qüvvələrinə (SDQ) səslənib:

"ABŞ çəkildikdən sonra sizi türklərin hücumlarından qorumayacaq. Amerikalılar sizi ürəklərində daşımır. Sizi ciblərinə qoyacaqlar, bununla da bir bazarlıq obyekti olacaqsınız. Sizi öz dövlətinizdən başqa heç kim qorumayacaq"

Əsasını kürd silahlı qüvvələrdən ibarət YPG-nin yaratdığı SDQ özünü İslam Dövləti adlandıran (İD) yaraqlıları ilə döyüşürdü. Onlar ABŞ-ın dəstəyi ilə İD-ə qarşı quru əməliyyatları aparırdı.

Bazar günü televiziya kanallarında canlı yayımlanan çıxışında Bəşər Əsəd SDQ-yə səslənərək deyib:

"Əgər ölkənizi qoruyub mübarizə aparmaq üçün özünüzü hazırlamasanız, Osmanlının qulu olmaqdan başqa bir şey əldə edə bilməyəcəksiniz".

SDQ İD-dən sonrasını planlayır

SDQ təmsilçiləri ABŞ qoşunu Suriyanı tərk edəndən sonrakı fəaliyyətinin müzakirəsi üçün toplaşıb.

Prezident Donald Trump ötən ilin dekabrında ABŞ-ın Suriyadakı əsgərlərini geri çəkməsinə qərarı verib.

Suriyanın şimalında 2000-dək ABŞ hərbçisinin olduğu bildirilir.

Donald Trump bu ilin əvvəlində Twitterdə yazmışdı ki, ABŞ qoşunları Suriyadan çıxarılandan sonra Türkiyə ordakı kürd qüvvələrinə hücum edərsə, "Türkiyənin iqtisadiyyatı viran qoyulacaq".

Türkiyə Suriya kürdlərinin YPG təşkilatını terror təşkilatı hesab edir, ABŞ isə Suriyada apardığı hərbi əməliyyatlarda YPG bölmələri ilə müttəfiq olub.

Prezident Trump qoşunları çıxarmaq qərarını müdafiə edərək deyib ki, özünü İslam Dövləti adlandıran (İD) qüvvələrin qalıqlarına zərbə havadan da endirilə bilər.

ABŞ-ın ilk quru qüvvələri Suriyaya 2015-ci ilin payızında gəlib. O dövrdə prezident Barack Obama YPG döyüşçülərinə təlim keçmək üçün Suriyaya az sayda xüsusi təyinatlı hərbi qoşun qüvvələri göndərmişdi.

Sonradan ABŞ qoşunlarının sayı artırılıb.