Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

18 Fevral 2019 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul edəcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Aİ-nin yüksək səviyyəli rəsmisi Federika Mogerini deyib: "Yaxın günlərdə Avropa İttifaqı Kerç boğazında Ukrayna gəmilərinə qarşı zorakılıq hərəkətlərinə baş vurduğu üçün Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul edəcək".

Qeyd edək ki, ötən gün Avstriya Xarici işlər naziri Karin Knaysl da Aİ-nin Kerç boğazında baş verənlərə görə, Rusiyaya qarşı sanksiyalar qəbul edəcəyini və bunun quruma üzv ölkələr arasında razılaşdırıldığını bildirmişdi.