Tramp may ayında Yaponiyaya səfər edəcək

Tramp may ayında Yaponiyaya səfər edəcək

18 Fevral 2019 06:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp bu ilin may ayının 25-28-də Yaponiyaya səfər edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Sankei" qəzetinin yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində Donald Trampın Yaponiyanın baş naziri Sintzo Abe ilə görüşü keçiriləcək. Bundan əlavə Ağ Ev rəhbərinin Yaponiyanın yeni imperatoru Narituho ilə görüşü də planlaşdırılıb. Qeyd edək ki, Yaponiyanın yeni imperatoru Narituho mayın 1-də taxta çıxacaq. Trampın Yaponiyada aparacağı danışıqlar zamanı iki ölkə arasında hərbi, iqtisadi və siyası sahədə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.