“Traxtur” tərəfdarları Abbas Lisani və digər fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər – VİDEO

“Traxtur” tərəfdarları Abbas Lisani və digər fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər – VİDEO

17 Fevral 2019 08:31
Bəyəndim (0) Bəyənmədim (0)

GünAz TV: Fevralın 15-də Təbrizin səhənd stadionunda bu şəhərin "Traxtur" və Tehranın "İstiqlal" komandası arasında keçirilən görüşdə tanınmış azərbaycanlı milli-mədəni fəal və digər milli-mədəni fəalların azadlığa buraxılması tələb olunub.

Stadiona toplaşan 100 mindən çox soydaşımız oyun boyu dəfələrlə milli şüarlar səsləndiriblər. İran televiziyası canlı yayımda "Azərbaycan var olsun – Lisani azad olsun" şüarı eşidilməsin deyə dəfələrlə komanda tərəfdarlarının səsini kəsib.

Görüşdə ingilis dilində "Azərbaycanın siyasi məhbuslarını azad edin" sözü yazılmış yazılı parça da nümayiş etdirilib.

"Traxtur" tərəfdarlarından bəziləri azərbaycanlı siyasi məhbusların şəkillərini nümayiş etdirərək onların azadlığa buraxılmasını istəyiblər. Tamaşaçılar stadionu tərk edərkən "Siyasi məhbuslar, gərək azad olunsun" şüarı da səsləndirib.

Verilən şüarlar arasında "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə", "Yaşasın Azərbaycan" və qadınların stadiona buraxılmasını tələb edən "Azərbaycan qızları, göylərin ulduzları" şüarını da dilə gətirilib.

N.S

"