
Rusiya və Belarusun birləşməsi iki ölkə xalqlarının iradəsindən asılıdır
Rusiya və Belarus iki ölkə xalqlarının arzularına cavab verəcək qədər yaxınlaşmağa hazırdırlar.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Putinlə keçirdiyi görüşlə bağlı jurnalistlərin sualına verdiyi cavabında Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Lukaşenko iki ölkənin birləşməsi barədə öz fikrini dediyini və bununla Putinin də razilaşdığını istisna etmədiyini söyləyib. O jurnalistlərə müraciətlə: " Biz sabah Putinlə birləşə bilərik, bu məsələdə problemimiz yoxdur. Bəs siz, rus və belarus xalqı buna hazırsınızmı? Rusiya nə qədər böyük və güclü ölkə olsa da, o bu gün öz iradəsini kiməsə qəbul etdirmək gücündə deyil",-deyib
Digər xəbərlər