NATO Qara dənizdə fəallığını daha da artıracaq

NATO Qara dənizdə fəallığını daha da artıracaq

14 Fevral 2019 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Atlantika alyansı Qara dəniz hövzəsində fəaliyyətini daha da genişləndirəcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq Ukrayna Müdafiə naziri Stepan Poltorakla görüşündə deyib.

NATO Şurasının Brüsseldə keçirdiyi iclasının yekunlarına həsr olunan mətbuat konfrasında da NATO Baş katibi qurumun Qara dəniz hövzəsində iştirakını daha genişləndirəcəyini vurğulayıb:

"Poltorakla geniş müzakirələr apardıq. Bütün NATO üzvləri Ukraynaya siyasi və praktiki dəstək verirlər. Biz hazırda Ukraynaya daha yüksək səviyyədə köməklik göstərmək üçün yollar axtarırıq. Qeyd edim ki, kibertəhlükəsiliyin təmin edilməsi və Qara dənizdə əməkdaşlığın genişləndirilməsinə yardım edəcək trast fondlarımız var. Buna uyğun olaraq Qara dəniz hövzəsində əməkdaşlığımızın daha da genişləndirılməsi yollarını müzakirə edirik. Bir neçə gündən sonra NATO hərbi gəmilərinin Qara dənizdə keçirəcəyi təlimlər də bölgədə daha fəal iştirak etmək niyyətlərimizlə bağlıdır".