Soçidə Ərdoğan və Putindən ilk açıqlama

Soçidə Ərdoğan və Putindən ilk açıqlama

14 Fevral 2019 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü başlayıb.

Putin-Ərdoğan arasında təkbətək görüşdən qabaq hər iki lider qısa açıqlamalar verib.

"ABŞ-ın Suriyadan çıxmaq qərarı qarşımızdakı ən vacib sınaqlardan biridir. PYD və YPG Menbiçdən və Fəratın şərqindən təmizlənmədən Suriyanın ərazi bütövlüyü təmin edilə bilməz. Təhlükəsizlik bölgəsi fikrinə Rusiyanın da müsbət yanaşmasından məmnunuq", - Ərdoğan bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə "Suriyada qarşıya qoyulmuş hədəflərə yalnız aktiv, genişmiqyaslı işlər və qarşılıqlı razılıq əsasında çata bilərik" fikrini səsləndirib. axar.az