ABŞ-da  7 dəfə prezidentliyə namizədliyini verən şəxs ölüb

ABŞ-da 7 dəfə prezidentliyə namizədliyini verən şəxs ölüb

14 Fevral 2019 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 28 il ərzində 7 dəfə prezidentliyə namizədliyini verən 96 yaşlı siyasətçi, kiçik Lindon Laruş 96 yaşında ölüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Fox Nevvs telekanalının yaydığı məlumatda deyilir. Kiçik Laruş bu müddət ərzində bəzi sensasiyalı açıqlamaları ilə diqqəti özünə cəlb etmişdi. Onun sözlərinə görə, keçmiş dövlət katibi Henri Kissinger və eks vitse-prezident Uolter Mondeyl sovet casusları idilər, Britaniya kraliçası isə beynəlxalq narko ticarət əməliyyatlarında iştirak edir. Maraqlıdır ki, kiçik Laruş 1992-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürəndə maliyyə fırıldaqlarına görə həbsxanada idi.