Moldova səfirini Rusiyadan geri çağırır - Qalmaqal

Moldova səfirini Rusiyadan geri çağırır - Qalmaqal

14 Fevral 2019 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Xarici İşlər Nazirliyi hökumətdən Kişinyovun Rusiyadakı səfiri Andrey Nequçanın geri çağırılmasını tələb edib.

Bunu jurnalistlərə açıqlamasında Moldova Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Roytman deyib. XİN-in bu tələbinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi bundan öncə Rusiyanın Moldovadakı səfiri Oleq Vasneçova etiraz notası verib. Buna səbəb Rusiyanın moldovalı pilotlar İon Buruyan və Mixail Krixanı saxlaması olub. Talibanın Əfqanıstandakı girovluğundan azad edilməsindən sonra Moskvanın bu şəxsləri Moldovaya qaytarmadığı bildirilib (axar.az)