Polşa ABŞ-dan yeni raket sistemləri alacaq

Polşa ABŞ-dan yeni raket sistemləri alacaq

14 Fevral 2019 07:01
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa ABŞ-dan yüksək mobillik xüsusiyyətinə malik yeni nəsil raket sistemləri alacaq.

ABŞ-nın vitse-prezidenti Mayk Pens və Polşa prezidenti Anjey Duda tərəfindən imzalanan razılaşmaya görə Avropa ölkəsi 414 milyon dəyərində HİMARS raket sistemi əldə edəcək. Bu raketlərin maksimal uçuş məsafəsi 300 kilometrdir.

İmzalanma mərasimindən sonra çıxış edən Anjey Duda bildirib ki, bu sövdələşmə Polşa ilə bərabər bütün Şərqi Avropanın müdafiə potensialının yüksəlməsinə səbəb olacaq. Azərtac