Krım Ukraynaya qaytarılmayana kimi Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

Krım Ukraynaya qaytarılmayana kimi Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

13 Fevral 2019 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Krım Ukraynaya qaytarılmayana kimi Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında ABŞ-ın adı çəkilən qurumdakı səlahiyyətli nümayəndəsinin yardımçısı Conatan Koen deyib: "Krımın Rusiya tərəfindən işğal edilməsi, Luqansk və Donbasdakı vəziyyətlə bağlı ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ukrayna adı çəkilən əraziləri nəzarəti altına alana kimi davam edəcək".

ABŞ rəsmisinin sözlərinə görə, Minsk anlaşmasının şərtlərinə Rusiya əməl etmir və buna görə də bütün məsuliyyət də onların üzərinə düşür.