Koreya ABŞ əsgərlərinin saxlanılması üçün  xərcləri artırmayacaq

Koreya ABŞ əsgərlərinin saxlanılması üçün xərcləri artırmayacaq

13 Fevral 2019 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya 2019-cu ildə ABŞ əsgərlərinin saxlanılması üçün xərcləri artırmayacaq.

Mediainfo.az-ın rambler. ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Cənubi Koreya administrasiyasının rəsmi nümayəndəsi Kim Iy Gem deyib. O bildirib ki, fevralın 10-da iki ölkə arasında imzalanan anlaşmaya əsasən Koreya ABŞ əsgərlərinin saxlanılmasına 890 milyon dollar ayıracaq. Lakin Donald Tramp dünən nazirlərlə görüşündə bildirib ki, ABŞ qoşunlarının Koreyada saxlanılması 5 milyard dollara başa gəlir və ona görə də Seul rəhbərliyi ilə telefon danışığında qarşı tərəfi bu xərclərin daha 500 milyon dollar artırılmasına razı salıb. Trampın sözlərinə cavab olaraq Kim Iy Gem Koreyanın növbəti illərdə də ABŞ əsgərlərinin saxlanılması üçün xərcləri artırmayacağını deyib.

Xatırladaq ki, hazırda Cənubi Koreyada 28,5 min nəfər Amerika əsgəri var.