Netanyahu Suriyaya hücumları təsdiqlədi

Netanyahu Suriyaya hücumları təsdiqlədi

13 Fevral 2019 06:43
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail baş naziri Benyamin Netanyahu Suriyaya hücum edildiyini təsdiqləyib.

"Qafqazinfo" "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, İsrail qüvvələrinin Suriyadakı İran möqvqelərini hədəfə aldığını iddia edib.

Netanyahu qeyd edib ki, İsrailin əsas məqsədi İran hərbiçilərini Suriyadan uzaqlaşdırmaqdır.

Qeyd edək ki, 11 fevralda İsrail Suriyanın Əl-Kuneytra əyalətini atəşə tutub. Atəş nəticəsində xəstəxana dağılıb. Əyalətdə yerləşən rəsədxana da hücuma məruz qalıb.