
Berluskoni italiyalıları dəli adlandırıb
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni seçkilərdə ona səs verməyən italiyalıları dəli adlandırıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Berluskoni deyib ki, onun italiyalılar qarşısında böyük xidmətləri olub: "Mən iş yerləri yaratdım, yollar çəkdim, onları xoş güzəranla təmin etdim. Onlar isə mənə səs vermədilər. İtaliyalılar dəli olublar".
82 yaşlı Berluskoni məğlub olmasına baxmayaraq may ayında Avropa Komissiyasına keçiriləcək seçkilərdə iştirak edəcəyini deyib.
Digər xəbərlər