Türkiyənin 76 əyalətində antiterror əməliyyatı həyata keçirilir

Türkiyənin 76 əyalətində antiterror əməliyyatı həyata keçirilir

12 Fevral 2019 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Təhlükəsizlik Xidməti gücləri bu gün səhər ölkənin 76 əyalətində əməliyyatlara başlayıblar.

Mediainfo.az-ın TGRT telekanalına istinadən verdiyi xəbərə görə, ölkə prokurorluğu FETO terror təşkilatına üzv olmaqda şübhəli bilinən 1112 nəfərin həbsinə order veriblər. Yeni antiterror əməliyyatlarından məqsəd də məhz həbsinə order verilən 1112 nəfərin utularaq məhkəmə qarşısına çıxarılmasıdır.

Xatırladaq kı, FETO-ya qarşı Türkiyədə əməliyyatlar mütəmadi olaraq davam etdirilir və bu günə kimi adıçəkilən təşkilata üzv olmaqda şübhəli biinən minlərlə adam həbs edilib