
Abe Kurillə bağlı suala cavab verməkdən imtina edib
Yaponiyanın Baş naziri Sintzo Abe parlament üzvləri ilə görüşündə iki Kuril adasının ölkəsinə verilməsi ilə bağlı suala cavab verməyib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Abe Putinlə məsələ ilə bağlı apardığı danışıqların sir olduğunu və bunun açıqlanmasının məqsədəuyğun olmadığını qeyd edib. O Putinlə təkbətək danışıqlarının qeydə alındığını və bunun məzmunun ancaq illər sonra açıla biləcəyini söyləyib. Sintzo Abe eyni zamanda deyib ki, Kuril adalarının qaytarılmasına münasibətdə Yaponiyanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur
Digər xəbərlər