Türkiyə və Rusiya Suriyada ortaq məxrəc axtarır

Türkiyə və Rusiya Suriyada ortaq məxrəc axtarır

11 Fevral 2019 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya, İran və Türkiyə prezidentlərinin 14 fevralda Soçidə baş tutacağı görüşü ərəfəsində Suriyadakı birgə fəaliyyət planı müzakirə edilib. Belə bir fikir vurğulanıb ki, hər iki ölkə Suriyada münaqiişənin tezliklə başa çatmasının və bölgədə sabitliyin tam şəkildə bərpasının tərəfdarıdır. Tərəflər eyni zamanda Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha qeyd ediblər.