Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanaxan Əfqanıstana səfərə gəlib

Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanaxan Əfqanıstana səfərə gəlib

11 Fevral 2019 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Patrik Şanaxan gözlənilmədən Əfqanıstana səfərə gəlib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Şanaxan Əfqanıstan prezidenti Əşrəf Qəni və bölgədəki ABŞ hərbçiləri ilə görüşəcək. Şanaxanın Əfqanıstan rəsmiləri ilə görüşündə əsas müzakirə hədəfinin Talibanla mübarizənin danışıqlar çərçivəsinə keçirilməsinin və bununla bağlı atılacaq addımların razılaşdırılmasının olacağı gözlənilir.

Bir müddət əvvəl president Donald Tramp bildirmişdi ki, Əfqanıstanla Taliban arasında sülh əldə ediləcəyi təqdirdə öz qöşunlarını münaqişə zonasından çıxaracaq.