Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir

Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir

11 Fevral 2019 06:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstan 2019-cu ildə 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir.

Bu barədə "Sofia Globe" nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.

E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Arqentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.Azərtac