ATƏT sədri Gürcüstanda səfərdədir

ATƏT sədri Gürcüstanda səfərdədir

11 Fevral 2019 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Gürcüstana səfər edib.

Səfər çərçivəsində ATƏT-in sədri ölkə Prezidenti, Baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirib.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olub. (axar.az)