Tərksilah və təhlükəsizlik  məsələləri üzrə konfrans gələn ay keçiriləcək

Tərksilah və təhlükəsizlik məsələləri üzrə konfrans gələn ay keçiriləcək

8 Fevral 2019 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Tərksilah və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans mart ayının 15-də Berlində keçiriləcək.

Medianfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Xarici işlər naziri Xayko Maas mətbuata açıqlamasında deyib: "Günümüzdə ortaya qatil robotlar, bioloji və kiber silahlar çıxıb və biz onlardan gələn təhlükəyə qarşı yeni qaydalar hazırlamalıyıq".

Maas orta və yaxınmənzilli silahların məhv edilməsi barədə anlaşma ilə bağlı Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına da toxunub. O deyib ki, analoji anlaşma elm və texnikanın inkişafı ilə bağlı ortaya çıxan yeni, daha təhlükəli silahlarla da bağlı imzalanmalıdır