
Avropa Komissiyası cinayətkarların deportasiyasına qarşı çıxıb
Avropa Komissiyası insan hüquq və azadlıqlarının müdafiəsini əldə əsas tutaraq cinayət törətmiş qaçqınların ölkədən deportasiya edilməsi təklifini qəbul etməyib.
Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, belə bir təklif Avstriyanın daxili işlər naziri Herbert Kikldən gəlmişdi. O təklif etmişdi ki, Avropada yüngül cinayətlər də daxil olmaqla hər cür qanun pozuntusuna yol vermiş qaçqınlar ölkədən deportasiya edilsin.
Lakin Avropa Komissiyası bu təklifi düzgün hesab etməyib və bunu təklifin 1951-ci il Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil etməsi ilə izah edib.
Digər xəbərlər