Ukrayna Konstitusiyasına düzəlişlər qəbul  edildi

Ukrayna Konstitusiyasına düzəlişlər qəbul edildi

7 Fevral 2019 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə de-fakto müharibə vəziyyətində olan Ukrayna Avropa İttifaqı və NATO ilə inteqrasiya istiqamətində daha bir addım atıb.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Ali Rada tərəfindən Ukraynanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasını nəzərdə tutan Konstitusiyaya düzəlişlər layihəsi müzakirə edilib. Layihədə Ukraynanın Avropa İttifaqına və NATO-ya üzv olması strateji məqsəd kimi qarşıya qoyulub. Layihə səsə qoyulub. Səsvermədə iştirak edən 385 deputatdan 334-ü sənədin qəbulunun lehinə, 35-i isə əleyhinə səs verib. Beləliklə Ukrayna bununla da Rusiyadan üz döndərərək Avropaya qucaq açıb. Ukraynada Konstitusiyaya edilən bu dəyişiklik Rusiyaya vurulan daha bir zərbə hesab edilir. Bu, Putin Rusiyasının bölgədə daha da təklənməsinə və qlobal səviyyədə təcridinə yol açacaq.