XXI əsrdə müharibədən danışmaq ağılsızlıqdır

XXI əsrdə müharibədən danışmaq ağılsızlıqdır

5 Fevral 2019 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidenti Nikolas Maduro Donald Trampın Venesuelaya hərbi qüvvə göndərilməsinin mümkünlüyü ilə bağlı dediklərini ağılsızlıq adlandırıb.

Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, Maduro XXI əsrdə müharibədən söz açmanın sağlam məntiqə sığmadığını vurğulayıb. Venesuela Xarici işlər nazirliyindəki çıxışında Maduro: "XXI əsrdə müharibədən danışmaq ağılsızlıqdır. Hətta qoşunlarınızı bizim torpaqlarımıza göndərmək barədə fikirləşməyin özü belə ağılsızlıqdır, cənab Donald Tramp. Çünki qoşunlarınızı göndərmək istədiyiniz ölkəni müdafiə etmək istəyənlər tapılacaq",-deyib.

Xatırladaq ki, ötən gün Donald Tramp Venesuelaya ABŞ qoşunlarının göndərilməsinin mümkün ola biləcəyini bəyan edib.