Putin və Ərdoğan yenidən görüşəcəklər

Putin və Ərdoğan yenidən görüşəcəklər

4 Fevral 2019 06:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyalı həmkarı Vladimir Putin arasında növbəti görüş bu ayın 14-də Soçi şəhərində baş tutacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.

Görüşdə əsas müzakirə hədəfinin Suriya probleminin həlli olacağı gözlənilir. İdlib və Menbiç məsələlərində birgə fəaliyyətin davam etdirilməsi, həmçinin terrorçularla mübarizə və bölgədə neytral zona yaradılmasını istəyən Türkiyə bununla bağlı Moskva ilə ortaq məxrəcə gəlməyə çalışır.

.