Trampın getdiyi hərbi bazanı vurmaq istədilər

Trampın getdiyi hərbi bazanı vurmaq istədilər

3 Fevral 2019 07:52
Bəyəndim (0) Bəyənmədim (0)

İraq ordusu ölkənin qərbindəki ABŞ-a məxsus "Ayn əl-Əsəd" hərbi bazasına hücum cəhdinin qarşısını alıb.

Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb. Hücumun planlaşdırıldığı vaxtdan 15 dəqiqə əvvəl 3 raketin ələ keçirildiyi bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 26-da ABŞ Prezidenti Donald Tramp sözügedən hərbi bazaya səfər etmişdi.Axar.az