Prezident bir ailəni xilas edən iki azərbaycanlı gənci "İgidiliyə görə"medalı ilə təltif edib

Prezident bir ailəni xilas edən iki azərbaycanlı gənci "İgidiliyə görə"medalı ilə təltif edib

1 Fevral 2019 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə" medalı ilə təltif edilsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2019-cu il.