ABŞ Ət-Tanfı ən sonda tərk edəcək

ABŞ Ət-Tanfı ən sonda tərk edəcək

1 Fevral 2019 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hərbçiləri Suriyadakı Ət-Tanf hərbi bazasını ən sonda tərk edəcəklər.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən Ət-Tanf hərbi bazası ABŞ üçün strateji önəm daşıyır. Bundan əlavə hazırda ABŞ-ın ali dairələrində bu hərbi bazanı tərk etmənin vacib olub-olmadığı barədə də diskussiyalar gedir. Belə ki, prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müavini Con Bolton Ət-Tanfı tərk etmənin ümumiyyətlə əleyhinə çıxır. O belə hesab edir ki, Ət-Tanfln tərk edilməsi İranın Suriyadakı mövqelərini daha da gücləndirəcək.

Xatırladaq ki, hazırda Suriyada 3 min nəfər ABŞ hərbçisi var.