Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən sülhməramlı missiyada xidmətə başlayıb
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.
Mediainfo.az-a MN Mətbuat Xidmətindən verilən məlumata görə, zabitlərmiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.
Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.
Digər xəbərlər







































.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)






















