
Avropa İttifaqı ölkələrinə getmək bahalaşdı
Bu gündən sonra Avropa ölkələrinə getmək istəyənlər viza üçün daha çox pul ödəməli olacaqlar.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Avropa İttifaqına üzv dövlətlər tərəfindən vizanın qiymətlərinin qaldırılmasıdır.
Belə ki, Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasındakı viza danışıqları qiymətlərə dəyişiklik edilməsinə yol açıb. Dəyişikliyə əsasən vizanın qiyməti bir nəfər üçün 60 avrodan 80 avroya yüksəlib.
Dəyişiklikdə həmçinin bəzi güzəştlər də nəzərdə tutulub. Məsələn, 12 yaşına kimi olan uşaqlardan, tələbələrdən və siyası şərhçilərdən viza haqqı tutulmayacaq.
Digər xəbərlər