Nazirin qəbul vaxtı dəyişdirilib

Nazirin qəbul vaxtı dəyişdirilib

29 Yanvar 2019 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Nazir Sahil Babayev Neftçala rayonunda vətəndaş qəbulunu fevralın 8-də keçirəcək

Mediainfo.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştirak edəcək

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.