
Donald Tramp: ABŞ-da 25 milyondan çox miqrant yaşayır
ABŞ- da heç də deyildiyi kimi 11 milyon deyil, 25 772 342 miqrant yaşayır.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Tvitter səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. O qeyd edib ki, ABŞ-da yaşayan miqrantların sayı rəsmi rəqəmlərdə göstərildiyindən iki dəfə çoxdur. Ağ evin rəhbəri son bir il ərzində miqrant probleminin həlli üçün 18 milyard 959 milyon 49 min 168 dollar xərcləndiyini yazıb. O vəziyyətdən çıxış yolu kimi Meksika ilə sərhəddə qoruyucu divarın inşasının davam etdiriləcəyini bildirib.
Digər xəbərlər