Filippində terror aktı 27 nəfərin ölümünə səbəb olub

Filippində terror aktı 27 nəfərin ölümünə səbəb olub

27 Yanvar 2019 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 27-də Filippində törədilən partlayışlar nəticəsində 27 nəfər həlak olub, onlarla yaralanan var.

Bu barədə Rappler portalı polisə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, partlayışlar bazar günü səhər saatlarında Holo adasının Sulu əyalətində baş verib. Partlayışlardan biri kilsənin girişində, digəri daxilində baş verib. Hadisə nəticəsində 27 nəfər həlak olub, 70 nəfər yaralanıb. Həlak olanların iyirmisi mülki vətəndaş, yeddisi əsgər olub.

Hələlik hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.(azərtac)