Venesuelada vəziyyət gərginləşir: Maduro həbs edilə bilər

Venesuelada vəziyyət gərginləşir: Maduro həbs edilə bilər

25 Yanvar 2019 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelada prezident Maduroya qarşı keçirilən etiraz aksiyalarında 364 nəfər həbs edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə özünün Tvitter səhifəsində Venesuela kömür forumunun icraçı direktoru Alfredo Romero yazıb. Onun sözlərinə görə, aksiya zamanı polislə baş verən toqquşmalarda 26 nəfər ölüb, 364 nəfəri isə həbs edilib. Hazırda Venesuelanın əksər şəhərlərində Maduro əleyhinə aksiyalar davam edir. Özünü müvəqqəti olaraq ölkə prezidenti elan edən parlamentin spikeri Antonio Quadio yaxın saatlarda hakimiyəti tamamilə ələ alacaqlarını bildirib. O deyib ki, Maduro könüllü şəkildə vəzifəsindən istefa verəcəyi təqdirdə həbs edilməyəcək və ona qarşı cinayət işi qaldırılmayacaq.