
ABŞ iranlı jurnalist qadını azad edib
Bir müddət əvvəl ABŞ-da saxlanılan iranlı jurnalist qadın Mərziyə Haşimi azad edilib.
Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi məlumata görə, Mərziyə Haşimiyə qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib. Onun hansı səbəbə görə həbs edildiyi də məlum deyildi. ABŞ rəsmiləri məsələ ilə bağlı hər hansı bir açıqlama verməyiblər. Mərziyə Haşimi həbs edildikdən sonra İran dəfələrlə onun azad edilməsini ABŞ-dan tələb etmişdi. Həbsdən azad edilən Mərziyə Haşiminin bu gün İrana qayıdacağı və həbsi ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.
Digər xəbərlər