Venesuelada siyasi qiyam: Ordu Maduronu seçdi

Venesuelada siyasi qiyam: Ordu Maduronu seçdi

24 Yanvar 2019 06:27
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

ABŞ Prezidenti Donald Tramp da öz növbəsində Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.

***

Amerika Dövlətlərinin Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

"Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o, bizim yardımımıza güvənə bilər", - deyə Almarqo bəyanatında bildirib.

***

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu "qanunsuz prezident" adlandırıb.

***

Qvatemala, Ekvador və Kolumbiya, Türkiyə və Rusiya da Quaidoya dəstəyini ifadə edib və onu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

***

Venesuela Müdafiə Nazirliyi ölkədə baş verən siyasi xaosla bağlı bəyanat yayıb. Müdafiə naziri Lopes bəyanatda parlamentin spikeri Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi qəbul etmədiklərini açıqlayıb.