
Ərdoğan bu gün Putinlə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
Mənbənin dediyinə görə, Ərdoğanı Moskvaya səfərdə Türkiyə xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik xidmətinin rəisi müşayiət edir. Bu da Ərdoğanın Moskvada olduqca ciddi danışıqlar aparmaq niyyətində olduğundan xəbər verir. Mənbənin bildirdiyinə görə, bir gün davam edəcək səfər çərçivəsində Ərdoğan Putinlə görüşündə Suriya problemini, ABŞ qoşunlarının bölgədən çıxarılmasından sonra regiondakı vəziyyəti, İdlib, Menbiçdə birgə hərəkət edilməsini, o cümlədən neytral zona yaradılması məsələsini müzakirə edəcək.
Digər xəbərlər