
"Cəbhət ən-Nusra" ilə Suriya ordusu arasında döyüşlər baş verib
Suriyada müxalifətdə olan "Cəbhət ən-Nusra" silahlıları yanvarın 22-dən 23-nə keçən gecə İdlib ətrafında Suriya ordusuna qarşı hücuma keçiblər.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Suriyadakı Rusiya Sülh Mərkəzinin rəhbəri general-leytenant Sergey Solomatin deyib. O qeyd edib ki, "Cəbhət ən-Nusra" silahlıları hər birində150-200 nəfər olmaqla İdlib ətrafındakı Abu Duhur və Abu Şarca yaşayış məntəqələrinə hücum ediblər: "Şiddətli döyüşlər nəticəsində silahlı terrorçular Suriya ordusunu 1,5-2 kilometr geri çəkilməyə məcbur ediblər. Lakin düşmən üzərinə endirilən raket zərbələrindən sonra terrorçu qruplaşmalar böyük itki verərək əvvəlki mövqelərinə geri çəkilməyə məcbur olublar".
Digər xəbərlər