Rusiya Avropa Şurasını hədələdi: Qurumu tərk edə bilərik

Rusiya Avropa Şurasını hədələdi: Qurumu tərk edə bilərik

21 Yanvar 2019 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya parlament nümayəndə heyətinə qarşı əsassız iddialarla Avropa Şurası tərəfindən qəbul edilən qadağalar Moskvanın bu qurumu tərk etməsi ilə nəticələnəcək.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici işlər nazirinin müavni Aleksandr Qruşko bildirib: "Siyasi motivlər əsasında bizə qarşı tətbiq edilən qadağalar qəbul edilməzdir. Ona görə də biz məsələ ilə bağlı bütün variantları, o cümlədən AŞ-dən çıxmaq yollarını nəzərdən keçiririk".

Qruşko Avropa Şurasının sağlam məntiqə əsaslanacağına və Rusiyaya qoyulan qadağaya yenidən baxacağına ümid etdiyini də öz sözlərinə əlavə edib. O deyib ki, əgər avropalılar AŞ-ni qoruyub saxlamaq istəyirlərsə, onda Rusiya nümayəndə heyətinin bu qurumdakı səlahiyyətləri bərpa edilməlidir.