Mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

Mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

21 Yanvar 2019 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Mediainfo.az-a MN-Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.