Rusiya AŞPA-nı tərk etməsini rəsmiləşdirir

Rusiya AŞPA-nı tərk etməsini rəsmiləşdirir

17 Yanvar 2019 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına nümayəndə heyətinin göndərilməməsi barədə qərar qəbul edilib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bundan əlavə Dövlət Dumasında AŞPA-ya üzvlük haqqının ödənilib-ödənilməməsi məsələsi də müzakirə edilib. Müzakirələrdə çıxış edən deputatlar bu məsələdə də yekdillik nümayiş etdiriblər. Beləliklə Rusiya 2019-cu ildə AŞPA-ya üzvlük haqqı ödəməyəcək. Bununla bağlı qəbul edilən cənəddə deyilir: " Dövlət Duması indiki vəziyyətdə Rusiya nümayəndə heyətinin AŞPA-nın yanvar sessiyasında iştirakını qeyri-mümkün hesab edir və bu quruma 2019-cü il üçün üzvlük haqqı ödəməyin məqsədəuyğun olmadığını bildirir".