
Milli Məclisin bir qrup deputatı ölkəmizin adını dəyişdirməyi təklif etdi
BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. Deputat fikrinə bu cür aydınlıq gətirib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir".
BAXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də
dəstək verib.
Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb. Onun sözlərinə
görə, Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr
daxil edilməlidir. Millət vəkili Azərbaycanın İrana qarşı tətbiq olunan
sanksiyalara qoşulmasını da məqbul sayır: "Azərbaycan molla rejiminə qarşı
sanksiyalarda iştirak etməlidir".
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da
Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan
Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.
O.M.