Rusiya Avropa Şurasına üzvlük haqqı ödəməyəcək

Rusiya Avropa Şurasına üzvlük haqqı ödəməyəcək

16 Yanvar 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya 2019-cu ildə Avropa Şurasına üzvlük haqqı ödəmək niyyətində deyil.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mori Paskye ilə görüşdən sonra mətbuata açıqlamasında Dövlət Dumasının vitse spikerı Pyotr Tolstıx deyib: "AŞPA Rusiyadan üzvlük haqqı ödəyəcəyini gözləməsin. Əgər biz filmə baxmırıqsa, onda ona bilet də almırıq".

Tolstəx həmçinin qeyd edib ki, AŞPA-nın yanvar sessiyasının iclasına Rusiya nümayəndə heyətinin göndərilməsinin əleyhinədir. Onun sözlərinə görə Rusiya nümayəndə heyətinin iştirak etmədiyi iclaslarda qəbul edilən qərarları Moskva tanımır və onlara əməl etmək niyyətində də deyil.