Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

16 Yanvar 2019 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Birinci naziri və Milli Partiyanın lideri Nikola Stercen Brexitlə bağlı yeni referendumun keçirilməsinin vacibliyini bildirib. O, parlamentdə keçirilən səs vermədən sonra açıqlamasında bildirib ki, artıq Brexitlə bağlı prosesi dayandırmaq və məsələnin həlli üçün seçicilərin qərarını gözləmək zamanıdır.

Xanım Sturgeon qeyd edib ki, bu referendum iqtisadiyyata və gələcək nəsillərə zərər verməmək üçün keçirilməlidir. Həmçinin bu, Şotlandiyanın Britaniyanın tərkibində Avropada qalmasına imkan verəcək yeganə seçimdir.

Qeyd edək ki, Britaniyada keçirilən səsvermədə deputatlar ölkənin Avropa İttifaqından çıxması ilə bağlı sazişin əleyhinə səs veriblər. (azərtac)