
Paşinyandan Gürcüstana gözlənilməz səfər
Ermənistan və Gürcüstan baş nazirləri Nikol Paşinyan və Mamuka Baxtadze Bolnisidə qeyri-rəsmi görüş keçiriblər.
Görüşdə Paşinyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edən M.Baxtadze ikitərəfli əlaqələrin inkişaf edəcəyinə ümid ifadə edib.
Daha sonra baş nazirlər Bolnisinun ermənilərin yaşadığı kəndində əhali ilə kiçik görüş keçiriblər.
Maraqlıdır ki, görüşlə bağlı əvvəlcədən açıqlama verilməyib və birdən-birə N.Paşinyanın dəvət edilmədən qonşu ölkəyə qeyri-rəsmi gedişinin əsl mahiyyəti də açıqlanmayıb.
Bilinən odur ki, bu qəfil, qeyri-rəsmi səfər haqda Baxtadze ilə kətil arxasında şəkil çəkdirməkdən başqa heç bir məlumat verilmir. (axar.az)
Digər xəbərlər