Türkiyədən Trampa cavab: Terrorçularla mübarizə davam edəcək

Türkiyədən Trampa cavab: Terrorçularla mübarizə davam edəcək

14 Yanvar 2019 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ankara Donald Trampın hədələrinə məhəl qoymadan Suriyada terrorçularla mübarizəni davam etdirəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Tvitter səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi nümayəndəsi İbrahim Kalın yazıb: "Biz ABŞ-dan özünün strateji tərəfdaşını müdafiə etməsini, terrorçulara isə dəstək verməməsini gözləyirik. İŞİD-lə PKK, "Özünü müdafiə dəstəsi" və Demokratik İttifaq arasında hər hansı bir fərq yoxdur. Biz Türkiyə olaraq onlarla mübarizəni davam etdirəcəyik".

Ərdoğanın nümayəndəsi həmçinin ABŞ-ın Suriya kürdlərini PKK ilə eyniləşdirməsini "məsum səhv" adlandırıb. O bir daha təkrar edib ki, Türkiyə Suriyada kürdlərlə deyil, terrorçularla mübarizə aparır: "Türkiyə Suriyada kürdləri və digər suriyalıları terror təhdid və hədələrindən müdafiə edəcək. Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz".