İranda daha bir azərbaycanlı fəal məhkəməyə çağırıldı

İranda daha bir azərbaycanlı fəal məhkəməyə çağırıldı

14 Yanvar 2019 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.

Çağırış vərəqəsində fəaldan yanvarın 23-ü yerli vaxtla saat 10 radələrində Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.

Fəalın "ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu" ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilib, lakin hansı qrupdan söz getdiyi açıqlanmayıb. Axar.az