
Belarus ilə Rusiyanın vahid dövlətdə birləşməsi məsələsi gündəmdə deyil
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya ilə birləməsi məsələsinin gündəmdə olmadığını deyib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Lukaşenko 2019-cu ildə Belarusun sosial iqtisadi inkişafına həsr edilən müşavirədəki çıxışında deyib.
Aleksandr Lukaşenko qeyd edib ki, Belarus və Rusiya iki müstəqil və qardaş ölkədir və onlar dinc yanaşı yaşama siyasətini davam etdirəcəklər: "Biz Rusiya prezidenti Vladimir Putinlə ölkələrimiz arasında əlaqələrin əsas inkişaf istiqamətlərini müəyyən etmişik və planımızda iki ölkənin vahid dövlətdə birləşdirilməsi məsələsi yoxdur".
Digər xəbərlər