İsrail Xorvatiyaya F-16 qırıcı təyyarələri satmaqdan imtina edib

İsrail Xorvatiyaya F-16 qırıcı təyyarələri satmaqdan imtina edib

7 Yanvar 2019 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İsrailə Xorvatiyaya köhnə F-16 Barak qırıcı təyyarələri satmağa icazə verməib.

Mediainfo.az-ın nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, İsrail rəsmi şəkildə Xorvatiyaya F-16 Barak təyyarələrini sata bilməyəcəyini bəyan edib. Buna səbəb ABŞ-ın İsrailə köhnə, ancaq modernləşdirilmiş F-16-ları Xorvatiyaya satmağa icazə verməməsidir. İsrail hökuməti 500 milyon dollar dəyərində olan anlaşmanın pozulmasına görə Xorvatiyadan üzr istəyib. Məsələ ilə bağlı İsrail Müdafiə nazirliyinin direktoru, ehtiyatda olan general-mayor Udi Adam yanvarın 9-da Xorvatiyaya səfər edərək anlaşmanın yerinə yetirilməməsinin səbəbləri barədə adı çəkilən ölkə rəhbərliyinə məlumat verəcək və eyni zamanda öz üzrxahlığını bildirəcək.